İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Kahramanmaraşda baş verən və Suriyada dağıntılara səbəb olan zəlzələ ilə əlaqədar Türkiyə və Suriyaya 25 milyon lirəlik yardım ediləcəyi bildirilib.
7NEWS.az xəbər verir ki, Kahramanmaraşda baş verən və Suriyada da insan tələfatına səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardımlar axır. İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Türkiyə və Suriyaya 25 milyon lirəlik yardım paketinin veriləcəyi bildirilib. Yardım paketi çərçivəsində soyuq qış şəraitində evsiz qalan ailələr üçün çadır və yorğan da var. Kahramanmaraşın Türkoğlu rayonunda İngiltərə tərəfindən qurulan və buradakı əməliyyat otağında 24 saat sağlamlıq xidməti göstərən sahə xəstəxanasında işlərin davamlılığını təmin etmək üçün maliyyə dəstəyinin davam edəcəyi bildirilib.
7NEWS.az