2022-ci ilin dekabrında İngiltərədə ərzaq qiymətləri 16,8% ilə son 45 ilin ən kəskin artımını qeydə alıb.
7NEWS.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, ötən ilin dekabrında ölkədə ərzaq məhsullarının qiymətləri illik bazda 16,8 faiz artıb. Sözügedən nisbət 1977-ci ilin sentyabrından bəri ən kəskin artım kimi qeydə alınıb.
Dekabr ayında İngiltərədə ərzaq qiymətlərində ən yüksək illik artım süd, şəkər, cem, bal və şokolad məhsullarında qeydə alınıb.
Keçən ilin dekabr ayında südün qiyməti 50 faiz, şəkər tozunun qiyməti 43 faiz, çedar pendirinin qiyməti 33 faiz, yumurtanın qiyməti 30 faiz artıb.
7NEWS.az