İngiltərədə “Netflix” parolunun paylaşılması cinayət sayıla bilər

OXUNUB: 218 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İngiltərənin Əqli Mülkiyyət İdarəsi "Netflix” istifadəçilərinə parollarını paylaşmamaq barədə xəbərdarlıq edib. Nəşr edilmiş bələdçiyə görə, parol paylaşan istifadəçilər hətta həbsxanaya düşə bilərlər. 

İngiltərə hökuməti tərəfindən nəşr olunan piratçılığa qarşı bələdçi ilə Netflix-də parolların paylaşılması artıq cinayət sayılacaq. Bələdçinin sözlərinə görə, abunə haqqını ödəmədən televiziya şoularına, filmlərə və canlı idmana baxmaq piratlıq sayılır. 

Ölkə qanunlarına görə, cinayət işlərində cinayətin ölçüsündən asılı olaraq vətəndaşlar cərimələnə bilər, lakin bu cinayət ictimai davaya çevrilərsə, vətəndaşların cərimələri ləğv edilir və onlar həbs cəzasına məhkum edilirlər. 

Digər tərəfdən, bu iddiaların açıla bilməsi üçün Netflix-in bu istifadəçiləri müəyyən etməli və şikayət etməli və məhkəməyə müraciət etməlidir. 

7NEWS.az

RƏYLƏR