İngiltərədə Strep A-dan ölənlərin sayı 122-yə çatır

OXUNUB: 510 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) adi bir ildəkindən daha çox qırmızı qızdırma və Strep A xəstəliyinə yoluxma hallarının olduğunu bildirərək, bu il Strep A səbəbiylə ümumilikdə 122 nəfərin öldüyünü açıqladı. UKHSA dünən verdiyi açıqlamada həm qırmızı qızdırmada, həm də Strep A olaraq bilinən xəstəlikdə mövsümi normadan kənar hadisələrin artdığını və 19 sentyabr-25 dekabr tarixləri arasında 33 min 836 qırmızı qızdırma hadisəsinin yaşandığını bildirib. Əksər hallar nisbətən yüngül keçsə də, bəzən Strep orqanizmin müdafiəsini pozduqda və qan və ağciyərlər kimi normal tapılmayan nahiyələri yoluxduqda həyati təhlükəsi olan invaziv A Qrupu Streptokok infeksiyasına (iGAS) səbəb ola bilər. Mütəxəssislər vurğuladılar ki, Strep A-nın ilkin simptomları yüksək hərarət, boğazda vəzilərin şişməsi, boğaz ağrısı, bədən səpgiləri və əzələ ağrılarıdır.

7NEWS.az

RƏYLƏR