İngiltərədə təyyarənin eniş şassisində meyit tapılıb

OXUNUB: 565 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, dekabrın 7-də İngiltərədə Qambiyanın paytaxtı Banjuldan yola düşən Sasseksin Gatwick hava limanına enən təyyarənin şassəsində kişi cəsədi tapıldığı açıqlanıb. Gatwick Hava Limanı rəsmisi, "Bu, çox kədərli bir xəbərdir. Həyatını itirən şəxsin ailəsinə və yaxınlarına başsağlığı veririk" dedi. Sasseks polisi hadisə ilə bağlı araşdırma başlandığını və məsələ ilə bağlı hesabat hazırlanacağını bildirib. Qambiya hökumətinin sözçüsü hadisədən sonra etdiyi çıxışında həmin şəxsin naməlum qaradərili kişi olduğunu bildirib. 2007-ci ildə Los-Ancelesdə British Airways-ə məxsus təyyarənin alt hissəsində kişi cəsədi, 2012-ci ilin avqustunda isə Hitrouda bir təyyarənin alt hissəsində başqa bir cəsəd tapılmışdı.

7NEWS.az

RƏYLƏR