7NEWS.az xəbər verir ki, Zahavi, keçən ilin iyul-sentyabr ayları arasında Maliyyə Naziri olarkən vergi idarəsinə cərimələr daxil olmaqla təxminən 5 milyon funt sterlinq ödəyib. Bu məbləğin 30 faizinin cərimələr olduğu bildirilir. Zahavinin ödənilməli olan gəlir vergisi onun YouGov rəy araşdırması firmasındakı səhmləri ilə bağlıdır. Mühafizəkarlar Partiyasının inzibati idarə və təşkilatlarına cavabdeh olan Zahavi vergi bəyannaməsində səhvə yol verdiyini etiraf edib, lakin bunun "qəsdən olmadığını və diqqətsizlikdən qaynaqlandığını” bildirib. İngiltərədəki ana müxalifət İşçi Partiyası isə vergi idarəsi ilə bütün yazışmalarını açıqlamasını istəyən Zahavinin bu şərtlər altında vəzifəsini davam etdirə bilməyəcəyini müdafiə edib.
7NEWS.az