İngiltərədəki 24 universitet Türkiyəyə 3 TIR yardım edib

OXUNUB: 248 Özəl DÜNYA
İngiltərədəki 24 universitet zəlzələdən sonra Türkiyəyə 3 TIR yardım materialı göndərib.

7NEWS.az xəbər verir ki, episentri Kahramanmaraş olan zəlzələdən sonra Türkiyəyə yardımlar davam edir. İngiltərədəki 24 universitet zəlzələ fəlakətindən sonra başlatdıqları yardım kampaniyası ilə Türkiyəyə yardım toplayıb. Paytaxt Londondakı Universitet Kollecində toplanan 3 TIR yardımı Türkiyənin Londondakı səfirliyi və baş konsulluğu vasitəsilə Türkiyəyə göndərilib. İngiltərə Baş naziri Rishi Sunakın da dəstəklədiyi kampaniyada toplanan materiallar arasında uşaq bezləri, paltarlar və gigiyena materialları kimi müxtəlif təcili ehtiyaclar var idi.

7NEWS.az

RƏYLƏR