Keçən il İngiltərəyə xalis miqrasiyanın rekord həddə - 606 minə çatdığı açıqlandı.
7NEWS.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, 2022-ci ilin dekabrında başa çatan il ərzində Böyük Britaniyaya xalis miqrasiya rekord səviyyəyə - 606,000-ə çatıb. ONS bu artımın Böyük Britaniyaya Avropa İttifaqı (Aİ) xaricindən işləmək və ya təhsil almaq üçün gələnlərin, Ukrayna və Honq Konqdan xüsusi viza proqramları ilə gələnlərin hesabına olduğunu bildirib.
7NEWS.az