Inın daha bir gizli səfər gerçəkləşdirdiyi iddia olunur

OXUNUB: 514 DÜNYA

Şimali Koreya lideri Kim Çen Inın Çinə növbəti gizli səfərini gerçəkləşdirdiyi iddia edilib. 

İcmal.Az xəbər verir ki, bununla bağlı Cənubi Koreyanın "Yonxan” agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, mayın 7-də Pxenyandan olan yüksək vəzifəli məmur Çinin şimal-şərqindəki Dalyanya aeroportuna gəlib. 

"Hazırlıqlardan anlamaq olar ki, bu yüksək vəzifəli şəxs Kim Çen In olub”, - mənbə deyib. 

Cənubi Koreyanın KBC radiostansiyası Dalyanya beynəlxalq aeroportunun beş saat qapalı qaldığını bildirib. 

İcmal.Az

RƏYLƏR