Çinin şimalındakı Mohedə son 54 ilin ən soyuq günü qeydə alınıb

OXUNUB: 199 Özəl DÜNYA
Çinin şimalındakı Heilongjiang bölgəsindəki Mohe şəhərində son 54 ilin ən soyuq günü yaşanıb, havanın temperaturu -53 dərəcə şaxtaya enib.
Çinin şimalında, Rusiya ilə sərhəddə yerləşən Mohedə yanvarın 22-də yerli vaxtla saat 07:00-da havanın temperaturu -53 dərəcə şaxta olub.

7NEWS.az xəbər verir ki, Mohedə temperaturun -52,3 dərəcə şaxta olduğu 1969-cu ildən bəri rekord həddə çatıb.

Çinin ən soyuq bölgəsi olaraq göstərilən və ölkənin Şimal Qütbü kimi tanınan Mohedə qış mövsümü ümumiyyətlə 8 ay davam edir.

Ölkənin qış turizm mərkəzlərindən biri olan Mohe il boyu turistləri qəbul edir.

7NEWS.az

RƏYLƏR