Çinin "Xiaomi" şirkəti "iPhone X"in oxşarını təqdim edib

OXUNUB: 836 DÜNYA

Çinin "Xiaomi" şirkəti "Mi 8" smartfon modelini təqdim edib.

Yeni telefonlar "Apple"in son smartfon modeli "iPhone"-a bənzəyir.

Smartfon 6,21-lik "AMOLED" displeylə, 20 meqapiksellik kamerayla, həmçinin sahibinin əl izini tanımaq sistemi ilə təchiz edilib.

"Xiaomi" həmçinin "Mi Band" "ağıllı" qolbağını da nümayiş etdirib. Yeni su keçirməyən "Mi Band" qolbağı da daxil olan məlumatı, vaxtı, sahibinin nəbzini və havanın hərarətini göstərmək funksiyalarına malikdir. /report

 

İcmal.Az

RƏYLƏR