7NEWS.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kovid-19-un sağlamlıq baxımından artıq "qlobal fövqəladə hal" olmadığını açıqlayıb. Bu açıqlama ilə dünya dərindən nəfəs alarkən, virusun mənşəyi, necə və nə vaxt ortaya çıxdığı barədə hələ dəqiq məlumata malik olmayan elm dünyası Çinli alim Corc Qaonun sözlərini müzakirə edir. Britaniyanın BBC-yə danışan çinli böyük alim BBC-yə bildirib ki, virusun laboratoriyadan sızması ehtimalını nəzərdən qaçırmaq olmaz. Çin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri kimi professor Corc Qao pandemiyaya cavab verməkdə və onun mənşəyini izləmək səylərində mühüm rol oynayıb.
7NEWS.az