İnquşetiyada yanan avtomobildən insanları belə xilas etdilər – VİDEO

OXUNUB: 906 DÜNYA

İnquşetiyanın Sunjensk rayonunda magistral yolda baş verən ağır qəzada bir nəfər ölüb, daha beş nəfər isə xəsarət alıb.

Hadisə Karabulak şəhərinin yaxınlığında baş verib.

Qəza nəticəsində "VAZ-2105 ” və "Volkswagen ” markalı mikroavtobus toqquşub. Qeyd edilir ki, qəzanın qurbanı "jiquli”nin sürücüsü olub.

Hadisə zamanı "VAZ-2105 ” avtomobili alovlanıb. Nəqliyyat vasitəsində olanların köməyinə digər yol hərəkət iştirakçıları gəliblər. 

Sosial şəbəkədə yayılan videodan da görünür ki, insanlar yanan avtomobildən sürücü və sərnişini çıxarmağa çəkinmirlər. Onlardan biri hətta ayağı ilə avtomobilin yan şüşəsini qırır.

Həmin görüntüləri sizə təqdim edirik:/oxu

İcmal.Az

RƏYLƏR