İnsandan insana baş köçürdüyünü deyən həkimin yalanı üzə çıxd

OXUNUB: 596 DÜNYA
Dünyada ilk dəfə baş nəqlini gerçəkləşdirdiyini iddia edən italiyalı professor Serxio Kanaveronun yalanı üzə çıxıb.

İcmal.Az Publika.az-a istinadən xəbər verir ki, Serxio əməliyyatı Çində etdiyini bildirmişdi. O, hətta canlı insandan baş nəqli edilməsi üçün Çinə müraciət etmişdi.

Lakin ölkə alimin bu istəyini qəbul etməyib.

Çin Beynəlxalq Radiosunda yayımlanan xəbərə görə, alimin xahişi Çinin Səhiyyə Nazirliyi tərəfindən rədd edilib.

Çin Orqan Transplantasiyası Komitəsinin prezidenti Huanq Ciefu verdiyi açıqlamada belə bir əməliyyatın texniki baxımdan mümkün olmadığını bildirib. O, orqan nəqli ilə bağlı tələbin Çin qanunlarına uyğun olmadığını da vurğulayıb.

Xatırladaq ki, italiyalı cərrah Çində ağır xəstə olan bir insanın başını beyin ölümü keçirən bir könüllüyə nəql etdiyini iddia etmişdi. O, əməliyyatın uğurla keçdiyini və 18 saat davam etdiyini bildirmişdi.
 
İcmal.Az

RƏYLƏR