"İnstagram"dan MÖHTƏŞƏM YENİLiK - Artıq mesajları... - FOTO

OXUNUB: 9857 Texnologiya
Ən məşhur sosial şəbəkələrdən biri olan "Instagram" istifadəçilərini sevindirib.

İcmal.az-ın verdiyi xəbərə görə, "İnstagram"dan "web" üzərindən də istifadə etmək mümkün olsa da, bəzi funksiyaları yalnız mobil cihazlarla etmək olurdu.



Bu funksiyalardan ən əsası da direkt (DM/şəxsi mesajlar) idi. Yəni kompüterdəndən "İnstagram"a giriş etdikdə DM mesajlarını oxuyub cavablamaq mümkün deyildi.



Lakin son dəyişikliklərdən sonra artıq bu da mümkündür.

Sözügedən funksiya bu ilin yanvar ayından istifadəçilərin çox kiçik bir hissəsi üçün əlçatan olsa da, hazırda hər kəs ondan faydalana bilər.



Qeyd edək ki, bu mesajlaşma mobil versiyayla eynidir. Yəni yeni qruplar yaratmaq, mesaja 2 dəfə tıklayanda bəyənmək, hətta kompüterdə olan şəkilləri belə DM üzərindən qarşı tərəfə göndərmək mümkündür.

Həmçinin, "Facebook" şirkəti "Facebook", "İnstagram" və "WhatsApp" mesajlarını birləşdirməyi planlayır.

RƏYLƏR