İntihar edən gənc qadının məktubu tapıldı - "Həyatımdan bezdim..."

OXUNUB: 591 DÜNYA
Türkiyənin Sivas rayonunda yaşayan 2 uşaq anası Ayşə Ç. tanışı Savaş K.-ya zəng edərək intihar edəcəyini söyləyib.

İcmal.Az milli.az-a istinadən xəbər verir ki, bir müddət sonra hadisə yerinə gələn Savaş K. Ayşə Ç.-ni qan içində taparaq olayı polis və təcili yardım briqadasına xəbər verib.
Hadisə yerinə gələn tibb işçiləri tüfənglə özünü vuran Ayşənin öldüyünü müəyyən ediblər.
 

Evdə isə "Həyatımdan bezdim. Uşaqlarıma yaxşı baxın. Heç kimin günahı yoxdur" yazılmış məktubu tapılıb.

Ayşənin 3 il öncə də həb içərək intihara cəhd etdiyi üzə çıxıb.

Polislər istintaqa başlayıb.
 
İcmal.Az

RƏYLƏR