Nigeriyanın Mayduquri şəhərində 3 intiharçı-terrorçunun hücumu nəticəsində ən azı 13 nəfər ölüb.
Hadisə nəticəsində daha 16 nəfərin yaralandığı bildirilir.
Terrorçular partlayışı böyük restoranlardan birinin yaxınlığında törədiblər. Hücum edən intiharçı-terrorçuların qadın olduqları bildirilib.
Terakta görə məsuliyyəti heç bir terror təşkilatı üzərinə götürməyib.
Ehtimal olunur ki, partlayışların arxasında "Boko Haram" terror qruplaşması durur./trend
İcmal.Az

























