İntim görüntüləri ilə şantaj edən sevgilisini öldürdü - "Namusumu təmizlədim" - VİDEO

OXUNUB: 899 DÜNYA

Türkiyənin İzmir şəhərində intim görüntüləri ilə onu şantaj etdiyini iddia edən qadın evində birlikdə içki içdiyi sevgilisini gözündən vuraraq öldürüb.

İzmirin Karşıyaka mahalında ötən gün axşam saatlarında sevgili olduqları iddia edilən Elif Sözen ilə Kadri Aksu Sözenin evində görüşərək içki içməyə başlayıblar.

Bir müddət sonra mübahisəyə başlayan Sözen və Aksu dalaşmağa başlayıblar. Bu məqamda evindəki tapançanı götürən Sözen Aksuya iki dəfə atəş açıb. Güllələrdən biri gözünə dəyən Aksu qaçaraq evdən çıxdıqdan sonra yuxarı mərtəbədəki qonşunun evində gizlənib. "Kömək edin, məni öldürəcək" dediyi öyrənilən Aksu qısa bir müddət sonra ağzından qan gələrək yerə yıxılıb.

Aksunun qan içində yerə yıxıldığını görən ev sahibi vəziyyəti səhiyyə və polis qruplarına bildirib. Hadisə yerinə gələn sağlamlıq qrupları Aksunun həyatını itirdiyini müəyyən ediblər. Hadisədən sonra qaçan Sözen polislər tərəfindən qısa müddətdə tutularaq nəzarətə alınıb.

Sözenin polis şöbəsindəki ifadəsində "Aksunun əlində intim görüntülərim var idi və onlarla məni şantaj edirdi. Namusumu təmizləmək üçün öldürdüm" dediyi məlum olub.

 
 

Hadisə ilə əlaqədar başladılan istintaq prosesi davam edir./milli


İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İntim görüntüləri ilə şantaj edən sevgilisini öldürdü -

RƏYLƏR