İordaniya: Suriyadan narkotik yüklü pilotsuz təyyarə vuruldu

OXUNUB: 147 Özəl DÜNYA
İordaniya ordusu Suriyadan İordaniya ərazisinə keçən pilotsuz uçuş aparatını vurduqlarını, vurulan İHA-nın isə narkotiklə dolu olduğunu iddia edib.
 
7NEWS.az xəbər verir ki, İordaniya ordusu, verdiyi yazılı açıqlamada Suriyanın cənubundan gəldiyi təyin olunan narkotik yüklü pilotsuz uçuş aparatını (PUA) vurduğunu iddia edib. Ordudan verilən açıqlamada, sərhədçilərin Suriyadan İordaniya ərazisinə qeyri-qanuni keçən pilotsuz uçan aparatı aşkar etdiyi bildirilib. Açıqlamada PUA-nın Narkotik Cinayətlərlə Mübarizə və əlaqədar təhlükəsizlik birlikləri ilə əməkdaşlıqdan sonra vurulduğu və təxminən 2 kilo narkotikin ələ keçirildiyi qeyd edilib.

7NEWS.az

RƏYLƏR