iPhone almağa gələn tələbəni döyüb pulunu aldılar - VİDEO

OXUNUB: 758 DÜNYA

Moskvada tələbə sırada gözləmədən yeni çıxmış iPhone X almaq istəyib, amma əvəzində döyülüb və pulunu itirib.

22 yaşlı Vladimir Ostrovkin yeni Apple telefonunu çıxdığı ilk gün almaq istəyirdi. Sırada gözləməyə səbri çatmayan gənc sıranın önündən bir nəfərlə danışaraq ona 93 min rubl pul verib.

Lakin işlər heç də gənc oğlanın planlaşdırdığı kimi getməyib. Sıra Vladimirin pulu verdiyi insana çatanda mağazada telefonlar qurtarır. Çıxıb getməyi qərarlaşdıran naməlum şəxsdən pulunu geri istəyən gənc tələbə daha sonra başına gələcəklərdən xəbərsiz idi. Çünki naməlum şəxs onə pulunu qaytarmağı düşünmürdü. Bir müddət bir-biri ilə mübahisə etdikdən sonra Vladimiri döyən naməlum şəxs gənc oğlana pulunu qaytarmadan çıxıb gedib.

Həmin anın videogörüntülərini təqdim edirik:milli

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Telefon almağa gəldi əvəzində döyüldü və pulu əlundən alındı

RƏYLƏR