“iPhone” işlədənlərə bəd xəbər — "Apple" bu telefonları bloklayacaq

OXUNUB: 846 Texnologiya DÜNYA

"Apple” şirkəti akkumulyatoru "Apple”ın sertifikatlaşdırılmış xidmət mərkəzlərində dəyişdirilməmiş yeni "iPhone” aparatlarında proqram bloklaması tətbiq edib. 


İcmal.Az "vesti.ru”ya istinadla xəbər verir ki, istifadəçi batareyanı özü dəyişdirdiyi və ya kənar mütəxəssislərə müraciət etdiyi halda, onun qurğusunun displeyində silinməsi heç bir halda mümkün olmayan servis mesajı görsənir.


Bildirilir ki, "Apple”-ın akkumulyatorunun əsilliyini müəyyənləşdirmək mümkün olmadı” xəbərdarlığı yalnız yeni modellərdə ("iPhone Xr”, "Xs” və "Xs Max”) görsənir. Bu halda batareyanın vəziyyətini və tutumunu öyrənmək qeyri-mümkündür.


Ekspertlərin fikrincə, bloklama əməliyyatı daxili çip vasitəsilə həyata keçirilir, sözügedən çip, həmçinin temperatur haqqında məlumatı ötürür. 


Akkumulyatoru yenidən işlək etməyin yeganə üsulu qurğunu "Apple”ın sertifikatlaşdırılmış servis mərkəzinə aparmaqdır.

 

 

İcmal.Az

RƏYLƏR