7NEWS.az xəbər verir ki, İqlim dəyişikliyinin Almaniyaya vurduğu iqtisadi xərclərdən bəhs edən yeni hesabat, qlobal istiləşmənin dərəcəsindən asılı olaraq ölkədə 280 ilə 900 milyard avro arasında iqtisadi itkilərin ola biləcəyini ortaya qoydu.
İqtisadi araşdırma şirkətləri Prognos və GWS və Almaniyanın Ekoloji İqtisadi Araşdırmalar İnstitutu Almaniyanın Ətraf Mühit və İqtisadiyyat və İqlimi Mühafizə nazirlikləri üçün hesabat hazırlayıb. Ölkədəki iqlim dəyişikliyinin nəticələrindən irəli gələn xərclərdən bəhs edən "İqlim dəyişikliyi: 2050-ci ilə qədər iqtisadi nəticələrin xərcləri və ssenari təhlili” adlı hesabatda iqlim böhranının ölkəyə vurduğu zərərin 900 milyard avroya çata biləcəyi göstərilib.
7NEWS.az