İradə Gülməmmədova 4 min rüşvət alan direktor bacısına diplom verdi – FOTOFAKT

OXUNUB: 251 index-manşet GÜNDƏM HADİSƏ
Xebertop saytı məlumat verir ki, bu günlərdə "Bakı Dövlət İqtisadiyyat və Humanitar” Kollecinin direktoru Rüxsarə Əliyeva və bacısı Səadət Əliyeva ilə bağlı məlumat daxil olmuşdu. Məlumatda qeyd olunurdu ki, ötən ilin fevral ayında Rüxsarə Əliyevanın kollecdə çalışan bacısı Səadət Əliyeva Mələk adlı Füzuli rayonundan olan məcburi köçkündən "Bakı Dövlət İqtisadiyyat və Humanitar” Kollecinə işə düzəltmək adı ilə 4000 azn pulu rüşvət qismində alıb. Pulu alanda qeyd edib ki, direktor Rüxsarə Əliyevanın bacısıdır və kollec birbaşa Təhsil Nazirliyinə tabe olduğundan vəsait birbaşa "yuxarı”, yəni Nazirliyə çatır. Məlumat üçün qeyd edək ki, Səadət Əliyeva 4000 manat vəsaiti alanda bacısının yanında məsul vəzifə daşıyıb. Hal-hazırda orada çalışmır. Məsələ burasındadır ki, Rüxsarə Əliyeva Təhsil naziri Emin Əmrullayevi susdurmağı bacardı. Görünən odur ki, nazirlikdə rüşvət piramidasını quranlar hələ də iş başındadırlar. 
Məsələnin maraqlı tərəfi odur ki, insanları aldadaraq külli miqdarda vəsaitlərini mənimsəyən məmur bacısı Abşeron rayon icra başçısı İradə Gülməmmədova tərəfindən mükafatlandırılıb. Bu azmış kimi, diplomun verilmə anı da fotoqeydiyyata alınıb və sosial şəbəkələrdə paylaşılıb. Yalnız bundan sonra bir neçə adamın ailəsini məhv edən, vəsaitlərini aldatma yolu ilə mənimsəyən Rüxsarə və Səadət Əliyevalarla İradə Gülməmmədovanın səmimi münasibəti bəzi sullar doğurub. Bəzi şəxslər "Oğurlanan pullar İradə Gülməmmədovaya çatıb” kimi iddialar irəli sürüblər.
Mövzunu diqqətdə saxlayacağıq.
7News.Az

RƏYLƏR