İran 32 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etdi

OXUNUB: 463 Özəl DÜNYA
İran turizmi canlandırmaq məqsədi ilə 32 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etmək qərarına gəlib.

7NEWS.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, mədəni irs, əl işləri və turizm naziri İzetullah Zərqami paytaxt Tehranda keçirilən kabinet iclasından sonra mövzu ilə bağlı mətbuata açıqlama verib. İranlı nazir 32 ölkədən hansı üçün birtərəfli viza ləğvi qərarının verildiyini açıqlamayıb, lakin Tehran administrasiyası 2019-cu ilin iyun ayında Çinli turistlər üçün birtərəfli viza azadlığı tətbiq etmək qərarına gəlmişdi.

7NEWS.az

RƏYLƏR