İran ABŞ-ı insan alverində ittiham etdi

OXUNUB: 755 DÜNYA

ABŞ tərəfindən həyata keçirilən aqressiya və müdaxiləyə əsaslanan siyasət dünyada insan alverinin ilkin səbəbidir.

Bu sözləri İran XİN-nin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. Onun bu bəyanatı iyunun 27-də ABŞ Dövlət departamenti tərəfindən yayılan dünyada insan ticarəti probleminə həsr olunan hesabata reaksiya olub. 

Həmin sənədə əsasən, İran bu sahədə minimum tələblərin belə yerinə yetirilmədiyi ölkələrin ən aşağı qrupunda yer alıb.

Qasemi hesab edir ki, ABŞ hökuməti digər ölkələrdəki situasiyalara dair müvafiq hesabatları yayacaq səlahiyyət və legitimliyə sahib deyil:

"Bu subyektiv və ikili standartlara əsaslanan hesabatda İranın ünvanına olunan ittihamlar tamamilə əsassızdır və İran İslam Respublikasını ləkələməyə xidmət edir”./qafqazinfo

 İcmal.Az


RƏYLƏR