İran Ermənistana qucaq açmaqla bütün dəyərləri tapdalayıb - Elşən Musayev

OXUNUB: 403 GÜNDƏM SİYASƏT
Paşinyan sözün gerçək anlamında təşvişdədir. Ona görə vurnuxur, çabalayır, yapışmağa saman çöpü axtarır və həmin saman çöpü axtarışındakı bütün cəhdləri də boşa gedir. Çünki özü boş adamdır, yürütdüyü siyasət boşdur, düzənlədiyi strategiya boşdur, məqsəd və məramı boşdur.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat qeyd edib ki, son zamanlar özünə qəyyum tapmaq yolunda ilk qarmağını Qərbə, Avropaya atdı və onlardan dəstək gəlmədi.

"Bircə Fransa bir-iki açıqlama verdi, sonra susdu. Daha sonra Paşinyan KTMT-yə üzv dövlətlərin rəhbərlərinə səsləndi. Onlar da Paşinyanı heçə saydı və Ermənistanın baş nazirini mədəni şəkildə başa saldılar ki, get işinlə məşğul ol, biz sənin kimi oyuncaq adama görə Azərbaycanla münasibətlərimizi korlayası deyilik. Ardınca Soçidə biabır oldu. Və indi də tələm-tələsik üz tutub İrana.

İran Ermənistana qucaq açmaqla bütün dəyərləri tapdalayıb, hər zaman Azərbaycanın maraqlarına qarşı çıxıb. Ona görə İran elə indi də Paşinyanla bərabərdir, qucaqlaşırlar, öpüşürlər, birgə bəyanatlar verirlər, öz aləmlərində birlik nümayiş etdirirlər. Fəqət, bir məqamı başa düşmürlər ki, onları birləşdirən hansısa maraqlardır. Üstəlik, həm də xəbis maraqlar!

İran rejimi bu hərəkətliliklə, ermənipərəstliklə nəyə nail olmaq istəyir, orasını hələ tam anlamış deyiləm. Artıq Azərbaycan ictimaiyyəti İranın riyakar simasını aydın görür və son hadisələr də bizi əmin edir ki, İran İslamın, müsəlmanların yanında deyil, müsəlmanlara qarşı qətliam törədənlərin, məscidləri, məbədləri yerlə-yeksan edənlərin yanındadır”, - deyə deputat bildirib.

E.Musayev vurğulayıb ki, erməni terrorçuları məscidləri dağıdıb, islama hücum edib, dini məbədləri viran günə qoyub. "İran bunu görmürmü? İslam dövləti islam düşmənini necə gətirib yuxarı başda oturda bilər? O zaman sənin nəyin islamdı? Niyə özünə islam dövləti deyirsən?”, - deyə deputat əlavə edib.

RƏYLƏR