İran Hörmüz boğazının şərqində hərbi təlimlərə başladı

OXUNUB: 347 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İran Hörmüz boğazının şərqi ilə Hind okeanının şimalı arasındakı Cask bölgəsində hərbi təlimlərə başladığını açıqlayıb.

İran Ordusu koordinatorunun müavini kontr-admiral Həbibullah Seyyari bildirib ki, "Zülfikar 1401” adlanan təlim dünən axşam ordunun müxtəlif bölmələrinin iştirakı ilə başlayıb.

Seyyari bildirib ki, təlim Hörmüz boğazının şərqi ilə Hind okeanının şimalı arasındakı Cask bölgəsində keçiriləcək.

Təlimin ordunun döyüş qabiliyyətinin inkişafı üçün illik təqvimdə yer alan praktiki təlimin bir hissəsi olduğunu qeyd edən Seyyari, manevrin Hərbi Hava Qüvvələrinin strateji bombardmançı və döyüş təyyarələri tərəfindən də dəstəklənəcəyini bildirib.

7NEWS.az

RƏYLƏR