İran prezidentinin rəhbəri Vaqnerin üsyanından sonra Putinlə görüşüb

OXUNUB: 145 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Rusiyanın muzdlu qruplaşması "Vaqner”in üsyanından sonra Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. İranın vitse-prezidenti Məhəmməd Cəmşidi sosial media hesabında İran prezidentinin Rusiya prezidenti Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ayrı telefon danışığı apardığını bildirib. Vaqner qrupunun Rusiya rəhbərliyinə qarşı üsyanı və Qafqazdakı son hadisələrin müzakirə edildiyi toplantıda çevriliş cəhdi ilə bağlı Putindən məlumat alan Rəisi Rusiyanın milli suverenliyini dəstəklədiklərini bildirib. İclasla bağlı Kreml Sarayından verilən açıqlamada, Rusiya ilə İran arasında ticarət, enerji və nəqliyyat sahələrində razılaşmaların icrasının müzakirə edildiyi, Qafqaz və Suriyadakı hadisələrin müzakirə edildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR