İran Rusiyaya SİHA və raketlər göndərdiyinə dair iddialarını bir daha rədd edib

OXUNUB: 626 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sosial şəbəkədəki paylaşımında Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell ilə görüşdüyünü açıqlayıb. Əmir Abdullahiyan paylaşımında Ukraynada davam edən müharibə və gərginliyə qarşı olduqlarını bildirib və İranın bu məsələ ilə bağlı siyasətini açıq şəkildə Borrelə çatdırdığını bildirib. Abdullahiyan, Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya SİHA və raket göndərdikləri ilə bağlı iddiaları rədd edərək, "Ukraynaya qarşı istifadə olunacaq SİHA və raketləri göndərmək siyasətimiz yoxdur" deyib.


RƏYLƏR