İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan "Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlük müqaviləsini baş katiblə imzaladım” deyib.
7NEWS.az xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində başlayan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində Tehran administrasiyası təşkilata tamhüquqlu üzvlüklə bağlı öhdəlik sənədi imzalayıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sosial şəbəkədəki paylaşımında, "Dünən Səmərqənd şəhərində baş katiblə Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlük müqaviləsini imzaladım. İndi əməkdaşlıqda yeni mərhələyə keçirik.
7NEWS.az