İran və Səudiyyə arasında münasibətlər gərginləşir — 3 iranlı əsgər saxlanılıb

OXUNUB: 996 DÜNYA
Səudiyyə Ərəbistanı İranın İnqlab keşikçilər korpusunun 3 hərbçisini saxlayıb.

Səudiyyə Ərəbistanı Əl-Mərcan neft sahəsindəki platformaya hücuma cəhd etdiyi bildirilən qayıqdakı 3 İran hərbçisini saxlayıb. Hərbçilər İslam İnqlabı Keşikçiləri Korpusunun hərbçiləridir.

Məsələ ilə bağlı verilən açıqlamada deyilir: "Səudiyyə sahillərindəki Əl-Mərcan neft sahəsindəki platformaya qayıqlarla hücum cəhdi edilib. Neft sahəsinə sürətlə yaxınlaşan 3 qayığa Səudiyyə Ərəbistanı dəniz qüvvələri tərəfindən müdaxilə edilib. Qayıqlardan ikisi sürətlə qaçıb. Birini isə saxlamaq mümkün olub. Bu qayıqdakı 3 nəfər - İslam İnqlabı Keşikçiləri Korpusunun 3 hərbçisi saxlanılıb".

Qayıqdakı silah-sursat və partlayıcı maddələr ələ keçirilib. İstintaq davam edir./olke.az

İCMAL.AZ

RƏYLƏR