İranın bir çox şəhərində onlarla qızın zəhərləndiyi açıqlanıb. Boknurd şəhərində isə 46 şagird xəstəxanaya yerləşdirilib.
7NEWS.az xəbər verir ki, Şiraz və Servistanda 24 şagird müalicə alır. İranın müxtəlif əyalətlərində məktəblərdə təxminən 3 aydır müşahidə edilən kütləvi zəhərlənmə halları ilə bağlı araşdırmalar davam edərkən, bir çox şəhərlərdə onlarla qızın zəhərləndiyi bildirilir. İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Şimali Xorasan, Fars, Rezevi Xorasan, İsfahan, İlam və Xuzistan əyalətlərində yeni zəhərlənmə halları qeydə alınıb.
7NEWS.az