İranın Şərqi Azərbaycan əyalətinin Serab şəhərində 4,9 bal gücündə zəlzələ baş verib.
7NEWS.az xəbər verir ki, İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Şərqi Azərbaycan əyalətinin Serab şəhərində olan 4,9 bal gücündə zəlzələ yerli vaxtla saat 21:06-da qeydə alınıb. 8 kilometr dərinlikdə baş verən zəlzələnin vurduğu ziyanla bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.
7NEWS.az