İranda 5 mindən çox tələbə zəhərlənib

OXUNUB: 217 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, 3 aydan çoxdur kütləvi zəhərlənmə hallarının müşahidə olunduğu İranda adətən qız məktəblərində 230 məktəbdə 5 mindən çox şagirdin zəhərləndiyi bildirilib.

İran parlamentinin zəhərlənmə halları üzrə araşdırma komissiyasının üzvü Məhəmməd Həsən Əsferi mövzu ilə bağlı açıqlamalar verib. Əsferi bildirib ki, kütləvi zəhərlənmə halları ilə bağlı dünən Kəşfiyyat, Daxili İşlər, Təhsil, Səhiyyə nazirlikləri, İnqilab Keşikçiləri və polis qüvvələrinin nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

7NEWS.az

RƏYLƏR