7NEWS.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin açıqlamasında bildirilir ki, İranın cənubundakı Hörmüzqan əyalətinin Cənah şəhərində yerli vaxtla saat 10:36-da 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin 8 kilometr dərinlikdə qeydə alındığı bildirilib. Can və mal itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
7NEWS.az