7NEWS.az xəbər verir ki, İranda 5,4 bal gücündə zəlzələ baş verib. Tehran Universiteti Seysmologiya Mərkəzindən verilən açıqlamada zəlzələnin Cənubi Xorasan əyalətinin Büşruye şəhərində yerli vaxtla saat 17:44-də 11 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələdə can və mal itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
7NEWS.az