İranın şimalında avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 14 nəfər dünyasını dəyişib, 25 nəfər isə xəsarət alıb.
İcmal.Az-ın məlumatına əsasən, bu barədə IRNA fövqəladə xidmətə istinadən xəbər verir.
Bildirilir ki, hadisə noyabrın 5-də Qorqan-Qonbad-e-Qabus yolunda baş verib
Qəzanın başvermə səbəbi haqqında məlumat verilmir.
İcmal.Az

























