7NEWS.az xəbər verir ki, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində dünən yerli vaxtla saat 21:44-də baş vermiş 5,9 bal gücündə zəlzələnin balansı bəlli olub. Qərbi Azərbaycan Qubernatorluğundan verilən açıqlamada, 7 kilometr dərinlikdə qeydə alınan güclü təkan nəticəsində ən azı 3 nəfərin öldüyü, 816 nəfərin yaralandığı bildirilib. Zəlzələ nəticəsində 70-ə yaxın kəndin dağıldığı bildirilib. Tehran Universiteti Seysmologiya Mərkəzindən verilən açıqlamada zəlzələnin Təbriz və Urmiya şəhərlərində, xüsusilə də paytaxt Tehranda hiss olunduğu bildirilib.
7NEWS.az