Tehranın Yafta Abad rayonunda köhnə 3 mərtəbəli bina uçub. Dağıntılar altında qalan iki nəfər həyatını itirib.
7NEWS.az xəbər verir ki, İranın paytaxtı Tehranda 3 mərtəbəli binanın uçması nəticəsində iki nəfər dağıntılar altında qalaraq həyatını itirib. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Mələki məsələ ilə bağlı açıqlama verib. Mələki Tehranın Yafta Abad rayonunda köhnə 3 mərtəbəli binanın uçduğunu bildirib.
7NEWS.az