İranda boya fabrikində partlayış baş verib: 65 yaralı VAR

OXUNUB: 295 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İranın Şərqi Azərbaycan əyalətinin Azərşəhr şəhərində Atlasfam Paint boya fabrikində partlayış baş verib. Partlayış nəticəsində 10-u ağır olmaqla ümumilikdə 65 nəfər yaralanıb. Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru Həmid Mencem verdiyi açıqlamada, partlayışın yerli vaxtla saat 12:42-də Atlasfam Paint boya fabrikində  baş verdiyi bildirilib. Partlayış nəticəsində 150 nəfər zərər çəkdiyi halda, 10-u ağır olmaqla 65 nəfər yaralanıb. Mencem hadisə yerinə 3 yardım və xilasetmə qrupu və təcili yardım maşınlarının göndərildiyini bildirib.

7NEWS.az

RƏYLƏR