İranda daha 3 etirazçı edam cəzasına məhkum edilib

OXUNUB: 467 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İranda Mahsa Əmini etirazları zamanı həbs edilən daha 3 nəfərə ölüm hökmü çıxarılıb. Salih Mirhaşemi, Mecid Kazimi və Seyid Yakubi 3 mühafizəçinin qətlində əli olduğu iddiası ilə mühakimə olunurdu. 

Son edam hökmləri ilə 4 aydır davam edən etirazlarda edama məhkum edilənlərin sayı 17-yə yüksəlib. Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı qeyd edir ki, ən azı daha 109 etirazçı ölüm cəzası ilə üzləşə biləcək ittihamlarla mühakimə olunur. 

7NEWS.az

RƏYLƏR