İranda 1979-cu il inqilabından bəri ən uzun sürən hökumət əleyhinə nümayişlər 100-cü gününə qədəm qoyub.
7NEWS.az xəbər verir ki, İranın İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazlar zamanı 69-u uşaq olmaqla azı 500 nəfər həlak olub. İki nümayişçi edam edilərkən, daha 26 nümayişçi edamını gözləyir. 2017, 2018 və 2019-cu illərdə keçirilən uzunmüddətli etiraz aksiyalarına baxmayaraq, son aksiyaların cəmiyyətin bütün təbəqələrindən olan insanların iştirak etməsi və qadınların rəhbərlik etməsi ilə fərqli olduğu bildirilir.
7NEWS.az