İranda havanın çirklənməsinə görə təhsildə verilən fasilə yenidən uzadıldı

OXUNUB: 327 Özəl DÜNYA
İranın Elborz və Tehran əyalətlərində hava çirkliliyinin yüksək səviyyədə olduğu və bütün qruplar üçün sağlamlıqsız hala gəldiyi üçün məktəblərdə təhsilə verilən fasilənin yenidən uzadıldığı açıqlanıb.

7NEWS.az xəbər verir ki, havanın Çirklənməsi Fövqəladə Hallar Qrupunun axşam iclasında Perdis, Demavend və Firuzkoh istisna olmaqla, Elborz və Tehran əyalətlərinin bütün şəhərlərində universitetlər də daxil olmaqla bütün məktəblərin çərşənbə və cümə axşamı günləri bağlanmasına qərar verildiyi qeyd edilib.

Xəbərdə səhər saatlarında dərslərin onlayn keçiriləcəyi bildirilib. Açıq yerlərdə idmanla məşğul olmaq bütün qruplar üçün qeyri-sağlam hava çirkliliyi səbəbindən qadağan edilərkən, Tehran Bələdiyyəsinin avtomobillərin girişinə məhdudiyyət qoyulan ərazilərə giriş bileti satmayacağı bildirilib.

7NEWS.az

RƏYLƏR