7NEWS.az xəbər verir ki, ötən gecə İranın Elburz əyalətinin Kərəc şəhərindəki Kərəc Mərkəzi Həbsxanasında məhbuslar arasında əlbəyaxa dava düşüb. Mövzu ilə bağlı açıqlama verən Elburz Dövlət Prokuroru Fəzli Herikəndi, "Həbsxanada narkomanların qaldığı palatada baş verən əlbəyaxa davada bir məhbus başına daş dəyməsi nəticəsində həyatını itirdi. Bir neçə məhbus həbs olundu. da yaralanıb.Yaralılardan ikisi xəstəxanada müalicə olunur” dedi. Baş verən əlbəyaxa davanın həbsxanada heç bir zərər görmədiyini və hadisənin yalnız döyüşlə məhdudlaşdığını bildirən Herikəndi, "Təhlükəsizlik qüvvələri həbsxanadakı vəziyyəti nəzarətə götürüb və məhbusların ailələri ilə əlaqə saxlanılıb" dedi.
7NEWS.az