İranda neft işçiləri etiraz aksiyaları təşkil edib

OXUNUB: 3917 Özəl İDMAN
7NEWS.az xəbər verir ki,  Pars Petroleum və Petrokimya Şirkətinin işçiləri maaşların artırılması tələbi ilə İranın bir çox şəhərlərində tətillər və etiraz aksiyaları təşkil ediblər. 

"Pars Petroleum and Petrochemical Company"nin əməkdaşları İranın Buşehr əyalətinin Asaluye şəhərində, Xuzistan əyalətinin Mahşəhr və Əhvaz, Kohgiluye və Alıcı Əhməd əyalətlərində və İlam vilayətinin bəzi şəhərlərində maaşların artırılması tələbi ilə tətil və etiraz aksiyaları təşkil ediblər. 

Bildirilib ki, işçilər neftçilərin iş şəraitinin tənzimlənməsi, əmək haqlarının artırılmasını tələb etmək və pensiya hüquqlarını yaxşılaşdırmaq üçün hərəkətə keçiblər. 

Sosial mediada paylaşılan görüntülərdə hökumətə reaksiya verən, verilən vədlərin yerinə yetirilmədiyini əsas gətirən neftçilər, "Yalançı nazir istəmirik”, "Bacarıqsız nazir istefa” şüarları səsləndirərək, İranın neft naziri Cavad Uciyə müraciət edirlər. 

7NEWS.az

RƏYLƏR