7NEWS.az xəbər verir ki, Kerac şəhərində keçirilən nümayişlər zamanı İnqilab Keşikçiləri Ordusunun Besiç təşkilatının üzvü Seyid Ruhullah Acemyan öldürülüb, hadisə ilə bağlı 5 nəfər həbs edilib. Təqsirləndirilən şəxslərdən Kərəmi və Hüseyni barəsində ölüm hökmü çıxarılıb. Edamlardan sonra açıqlama verən Amnesty İnternational edam cəzasına məhkum edilənlərin adekvat müdafiə və seçdikləri vəkillə görüşmək hüququndan məhrum olduqlarını bildirib.
7NEWS.az