İranda qəbilələrarası münaqişə - 22 ölü

OXUNUB: 867 DÜNYA
İranın cənub-qərbindəki Xuzistan əyalətində qəbilələrarası toqquşma nəticəsində azı 22 nəfər həlak olub.

İcmal.Az Trend-ə istinadən bildirir ki, iki qəbilə arasında məişət mübahisəsi silahlı münaqişəyə çevrilib.

Hadisə nəticəsində onlarla sakin yaralanıb.

Xuzistan əyalətinin deputatı Hidayətulla Xadəminin sözlərinə görə, münaqişənin baş verdiyi kənd tamamilə dağıdılıb. Sakinlər yaşayış yerlərindən didərgin düşüblər.
 
İcmal.Az

RƏYLƏR