İranda qum fırtınası nəticəsində 488 nəfər xəstəxanaya yerləşdirilib

OXUNUB: 189 Özəl DÜNYA

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib.

7NEWS.az xəbər verir ki, bölgədə qum fırtınasının bir həftə davam edəcəyinin gözlənildiyini dilə gətirən İran rəsmisi insanlara, xüsusilə xəstələrə, uşaqlara və qocalara lazım olmadıqca çölə çıxmamağı və maskalardan istifadə etməyi tövsiyə edib.

Zehekdə görmə məsafəsinin 300 metrə, Zabulda isə 700 metrə qədər azaldığı bildirilir.

7NEWS.az

RƏYLƏR