7NEWS.az xəbər verir ki, İnstaqramda Tehranda çoxlu sayda izləyicisi olan cütlük "korrupsiya və fahişəliyi təbliğ etmək" və "milli təhlükəsizliyə xələl gətirmək üçün bir araya toplaşmaq" ittihamı ilə məhkum ediliblər. Cütlüyə internetdən istifadə etmək və İrandan kənara səyahət etmək də qadağan edilib. Ər-arvadın məhkəmə prosesi boyunca vəkillərlə görüşünə icazə verilməyib və onların zaminə buraxılması cəhdləri də rədd edilib. 20 yaşlarında olan Astiyaz Haqigi və nişanlısı Əmir Məhəmməd Əhmədi noyabrın əvvəlində onların romantik rəqs videosu yayıldıqdan sonra həbs edilib. Videoda gənc qızın hicabsız olduğu görünür. İranda ictimai yerlərdə rəqs etmək qadağandır.
7NEWS.az