İranda yeni hicab qanunu: Qanunu pozanlar 10 ilə qədər həbs cəzası alacaqlar

OXUNUB: 247 Özəl DÜNYA

İran parlamenti Məhsa Əmininin ölümünün birinci ildönümündə yeni hicab qanununu qəbul edib. Qanunu pozanlar 10 ilədək həbs cəzası ala bilərlər.

7NEWS.az xəbər verir ki, İran parlamenti ictimai yerlərdə hicab taxmaqdan imtina edən və onları dəstəkləyən qadınlara qarşı daha sərt cəzalar nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 70 maddədən ibarət qanun layihəsi hicab taxmayan qadınlara xidmət edən biznes sahiblərinə və buna qarşı təşkilatlanan fəallara qarşı cəzaları genişləndirir. Cinayət mütəşəkkil şəkildə törədildikdə, qanunu pozanlar 10 ilədək həbs cəzası ala bilərlər.

7NEWS.az

RƏYLƏR